64d638e1dbef1202308233425
Yuxu haqqında bilmədiyimiz çox maraqlı faktlar

Hər bir canlı orqanizm yuxu və fəaliyyət periodlarından keçir. Bir insan orta hesabla gecə boyunca 6-8, həftədə 50 və il ərzində 2 600 saatdan çox yuxu yatır. Həyatımızın demək olar ki 21 ilini yuxuda keçiririk. Normal bir insan üçün yuxu miqdarı 8 saatdır, hansı ki, ən azı 3də biri dərin yuxudur. Dərin yuxu hər 45 dəqiqədən bir özünü yüngül birisi ilə əvəz edən digər röya ilə kəsilir. Röya halındakı yuxu gün ərzində və ya keçmişdə yaşanan fəaliyyətlərin nəticəsində yaranan emosional gərginliyin boşalmasına məsuldur. Bu müddət ərzində beynimiz xatirələri işlək vəziyyətdə tutur və yuxunun ən dərin mərhələsində həm uzun, həm də qısa müddətli xatirələrimiz prosesə qoyularaq saxlanılır.

Yuxusuz bir insanla yüksək dərəcəli spirtdən sərxoş olmuş insan eyni nevromuskular koordinasiya çatışmazlığı və təmərküzləşdirmə pozğunluğu nümayiş etdirir. Bu günlərdə yuxusuzluğun Challenger kosmik fəlakətində, Çernobl faciəsində və Exxon neft sızmasında əsas amil olduğu bildirilir.

Dərin yuxu fərqindəliyin məkansızlıq halıdır. Bu həqiqi ruha qayıdışdır, hansı ki insan kimi ondan formalaşmışıq. Ona görə də dərin bir yuxunun sonunda təzələnmə, təravətlənmə hiss olunur. Bir körpənin dünyaya göz açarkən hiss etdiyi təzələnmə kimi.

11.08.2023 17:29
297

(MGID): :
OXŞAR XƏBƏRLƏR