675693ecc6c7e202412245332
Zaqatalada 30 yaşlı şəxs bıçaqlanıb

Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Rasim Nurməhəmməd oğlu Əhmədova bıçaqla xəsarətlər yetirib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

09.12.2024 10:46
436

(MGID): :
OXŞAR XƏBƏRLƏR