6591e318d46f8202401245432
Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada 5 otaqlı fərdi yaşayış  evi yanıb. 

Panarama.az-ın APA-ya istinadla məlumatına görə, yanğın axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsə 150 kv/m olan  kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.  

Faktla bağlı araşdırma aparılır.

04.01.2024 03:24
277

(MGID): :
OXŞAR XƏBƏRLƏR