64ddca7d434db202308232133
Zaqatalada 9-cu sinifdə oxuyan qız itkin düşmüşdü, tapıldı

Zaqatalada itkin düşən 9-cu sinif şagirdi tapılıb.

Panarama.az  Lent.az-a istinadən  xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Zaqatala şəhər internat tipli inteqrasiya məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Ü.S. (ad, soyadı şərti) yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılıb və bir müddət sonra məktəbli aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.

17.08.2023 11:17
183

(MGID): :
OXŞAR XƏBƏRLƏR