6519df839090e202310230715
Zaqatalada baş verən partlayışda yaralanan oğlan öldü

Zaqatalada baş verən partlayışda yaralanan oğlan dünyasını dəyişib.   

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, 32 yaşlı Məqsəd Rzayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. 


***

Xatırladaq ki, sentyabrın 30-u saat 22:30-də Zaqatala rayonu, Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 31 yaşlı İlqar Cumayev, 32 yaşlı Məqsəd Rzayev və 29 yaşlı Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub. 

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. 

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, həlak olan H.Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır.

02.10.2023 01:04
300

(MGID): :
OXŞAR XƏBƏRLƏR