66cd92fe6d76d202408244902
Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alanlar var

Zaqatalada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 31-də saat 20 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində "Mercedes" və "BMW" markalı iki avtomobil toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1964-cü il təvəllüdlü S.Abbasova sınıq xəsarəti alıb, xəstəxanaya müraciət edən digər beş nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


***

31 avqust, 22:54

Zaqatalada iki minik avtomobili toqquşub, beş nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

01.09.2024 00:58
402

(MGID): :
OXŞAR XƏBƏRLƏR