64e7b100087b5202308233528
Zarina onu sevməyən atasından və botokslu kişilərdən DANIŞDI - VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.


Verilişin budəfəki qonağı aktrisa Zarina Qurbanova olub.

Aktrisa ona məşhurluq qazandıran “Komedixana” layihəsindən, atası ilə münasibətindən, canlandırdığı “Narkoman” obrazından, botoks etdirən kişilərdən danışıb.

O, qazandığı uğurların səbəbinin atasının diqqətini çəkmək olduğunu deyib:

“Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, “yaxşı ki sən mənim qızımsan” deməyini istəməyim idi. Atam olub, amma olmayıb. Atalığı ancaq anamda görmüşəm. Amma atamı artıq bağışlamışam”.

Z.Qurbanova “Narkoman” obrazını rahatlıqla canlandırmasının səbəbinə də aydınlıq gətirib:

“Atam hərbçi olub. Ona görə də çox ölkə, şəhər, məktəb dəyişmişəm. Güclü müşahidəçi olmuşam. Elə məhəllələrdə yaşamışam ki, uşaqlıqdan narkomanları görmüşəm. Həyat elə gətirdi ki, ən yaxınım narkomaniyadan əziyyət çəkməyə başladı və mən hər an onun yanında oldum. Həmin hisslərin necə ağır olduğunu bilirəm”.


24.08.2023 23:33
188

(MGID): :
OXŞAR XƏBƏRLƏR