Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Panarama.az Teleqraf.com-a istinadla xəbər verir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində bu sözləri deyib:
"Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm".
Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də "Zaurla günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.