(MGID): :
6814515c083a3202505250012
Zaur bu müğənniləri efirə buraxmayacaq

Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib.

Panarama.az Qlobal.net-ə istinadən bildirir ki, verilişinə Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin ölkədə ifaçıların səhnə tərzlərini xəbər alıb. 

Ölkə televiziyalarına çıxdıqda müğənnilərə açıq-saçıq geyimlərin qadağan olunduğunu öyrənməsi Zaur Kamalı da ilhamlandırıb. Sözügedən ölkədə nazirlik tərəfindən efirə çıxmaq üçün icazə vərəqələri verilir. Tv-yə dekolteli geyimdə çıxan müğənninin həmin sənədi həmişəlik əlindən alınır və toylara belə gedə bilmir.

Teleaparıcı da növbəti mövsümdən açıq-saçıq geyinən sənətçilərə efirində görünməyi qadacağan edəcəyinin anonsunu verib:

"Bizə efirdən azyaşlılar, ağasaqqallar baxır. Mən də gələn mövsümdən qadağa edəcəyəm. Onsuz da axşam şoularında edirəm". 

Teleaparıcının bu qərarı şou və sosial media əhli arasında müzakirələr yaradıb.

02.05.2025 08:53
418

(MGID): :
OXŞAR XƏBƏRLƏR