65198450f2fe1202310233808
Zaur Kamal bu iki kanalda aparıcılıq edəcək - VİDEO

Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə daha bir kanalda aparıcılıq edəcək.

Panarama.az axşam.az-a istinadən bildirir ki, o, "Ləzzətli oyun" verilişi ilə həftəiçi dörd gün ATV kanalında tamaşaçıların görüşünə gələcək.

Bununla yanaşı, aparıcının sonuncu dəfə 7 il əvvəl nümayiş olunan "Ay Zaur" proqramı da bərpa olunacaq. Sözügedən layihə isə ARB-də yayımlanacaq.

Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, hazırda ARB-də nümayiş olunan "Həmin Zaur" proqramının aparıcısıdır.



01.10.2023 18:35
399

(MGID): :
OXŞAR XƏBƏRLƏR