"Geyimlər hamıya ədəb, mənə biədəb oldu?"
Panarama.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Həmin Zaur" verilişində deyib.
İfaçı onu geyimlərinə görə tənqid edənlərdən söz salıb. Bu zaman proqramın aparıcısı Zaur Kamal Mənzurəyə irad tutub:
"Nə badə açıq-saçıq geyinəsən ha. Evdə anan, burada da mən. Sənə yaraşmaz".
Mənzurə isə geyimlərinin normal olduğunu bildirib:
"Mən geyinəndə pis olur? Hamı belə geyinir də".