"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
Panarama.az xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub. Məlumata görə, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra "Bizimləsən" proqramının yayımı yarımçıq dayandırılıb.
Məsələ ilə bağlı "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.