66a1b7c842c16202407242616
Zəlzələdən sonra ortaya çıxan TÜKÜRPƏDƏN GERÇƏK - 10 ildir ailəsi onu axtarırdı - FOTO

Malatyada zəlzələ nəticəsində tükürpədən faktın üstü açılıb.

Panarama.az Titul.az-a istinadla xəbər verir ki, 10 ildir yoxa çıxan Hüseyin Bağaturun (36 yaş), həmin il qarşılıqlı razılıq əsasında boşandığı Hediye Geçitin tikdirdiyi evin təməlində sümükləri tapılıb.

Qeyd edək ki, cütlük 2014-cü ildə boşanıblar. Boşandıqdan qısa zaman sonra Hüseyin Bağatur yoxa çıxmışdı. Onu yaxınları axtarışa versə də heç bir nəticə əldə edə bilməmişdilər. Bu zaman kəsiyində 3 uşaq anası Hediye Geçit, məhəllədə yeni bir ev tikdirib.

Mərhumun anası Zahide Bələri alınsa da heç bir nəticə əldə edilməyib.

6 fevralda baş verən zəlzələdə Hediye Geçitin tikdirdiyi ev dağılıb. Mərhumun ailəsinin istəyi ilə dağılan evin ətrafında polis axtarışa başlayıb. Axtarışa təlim görmüş itlər cəlb edilib. İtlərin işarə verdiyi hissədə aparılan qazıntı işləri nəticəsində oradan insan sümükləri aşkar olunub.

Məlum olub ki, Hüseyin Bağaturu keçmiş həyat yoldaşı iki yaxın qohumuna öldürdüb, həmin ərazidə basdıraraq, üstünü betonladıb.


25.07.2024 06:25
7684

(MGID): :
OXŞAR XƏBƏRLƏR