65de444428356202402242124
"Zeynəb Xanlarovanın ifası ilə razılaşmırdım"...
"Mənim nəslimin müğənniləri - Sara Qədimova, Akif İslamzadə, Hüseynağa Hadiyev, Şövkət Ələkbərova, Rübabə Muradova, İlhamə Quliyeva olub. İlhamə pis oxumurdu, amma xasiyyəti çətin idi". 

Panarama.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu "Фруктовый чай с Саусан" yutub layihəsində deyib.

Xalq artisti Zeynəb Xanlarovadan danışan F.Kərimova "Zeynəb Xanlarova da mənim nəslimdən olan müğənnilərdəndir. Baxmayaraq ki, onun ifası ilə heç zaman razılaşmırdım. Normal musiqiyə öyrəşmişəm" sözlərini əlavə edib. 

Müğənni küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb:

"İlhamə Quliyeva çox yaxşı müğənni idi. Amma xasiyyəti çətin idi. Bu mənim fəlsəfəmdir. Hesab edirəm ki, Allah onu belə görmək istəyirdi. Buna görə İlhamə əziyyət çəkirdi. Bunu görüb əziyyət çəkirdi. Onun bacıları ilə tanış idim. Onlar İlhamənin tam əksidirlər. Bacılar hətta xarici görkəmləri ilə İlhaməyə bənzəyirdilər. İlhamənin xasiyyətinin belə çətin olmasını Allah etmişdi. Bu, şüurdur. Onu isə Allah belə edib. Allah hamını eyni görmək istəmir. Hamını yaxşı və ya hamını eyni pis görmək istəmir. O, sadəcə bizimlə oynayır. Bu qədər".

28.02.2024 00:19
578

(MGID): :
OXŞAR XƏBƏRLƏR