"Zirə"nin futbolçusu faciəli şəkildə DÜNYASINI DƏYİŞDİ
"Zirə" futbol akademiyasının üzvü Fərid Şahverdiyev faciəli şəkildə ölüb.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, U-16 komandasının futbolçusu bu gün çimərlikdə boğularaq həyatını itirib.