664471f53dc1d202405242733
Zirzəmidə meyiti tapılan Könül tələbə imiş - YENİ DETALLAR

Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb. Hazırda Lənkəran rayon Prokurorluğu hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Panarama.az Bakupost.az-a istinadən xəbər verir ki, K.Ağayeva bu il martın 2-də itkin düşüb və ailəsi bununla bağlı polisə müraciət edib. Könülün nənəsi Gülzar Ağayeva nəvəsinin ailəli olduğunu və bir müddət əvvəl ərindən ayrıldığını bildirib.

Könül Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi olub. O, universitetin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası” fakültəsinin dördüncü kursunda təhsil alırmış. Lənkərana işləməyə getdiyi deyilən Könülün hansı şəraitdə qətlə yetirildiyi hələ ki, araşdırılır.

Məlumata görə, Könülgil ailədə bir bacı və bir qardaş olublar. O, nənəsinin himayəsində yaşayıb. Nənəsi Gülzar Ağayeva isə kəndin qadın mollası kimi məşhurdur, yas mərasimlərində iştirak edir. Ağayevlər ailəsi sakit, qonum-qonşuyla yaxşı münasibətləri olan insanlardı. Könülün faciəvi şəkildə ölümü isə kənd sakinlərini də dərindən sarsıdıb.


15.05.2024 12:26
627

(MGID): :
OXŞAR XƏBƏRLƏR