6565ab3c6ed1e202311235628
Ziya Məmmədovun qardaşına YENİ VƏZİFƏ VERİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. 

 

Panarama.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. 

 

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. 

 

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. 

28.11.2023 12:55
974

(MGID): :
OXŞAR XƏBƏRLƏR