Aktrisa Zümrüd Qasımova yeni görünüşü ilə gündəmə gəlib.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi iki ay ərazində 14 kiloqram çəki atıb.
Bu barədə aktrisa özü məlumat verib.
O bildirib ki, 68 kiloqramdan 55 kiloqrama qədər arıqlayıb. Qasımova hələ bir neçə kiloqram da arıqlayacağını bildirib.
"Çox kökəlmişdim və heç cür arıqlaya bilmirdim. Nəhayət qərar verib getdim. Məni motivasiya edən məni xəstəliklərdən sağaldan və bu gözəl nəticəyə gəlib çıxmağa kömək etdiyi üçün dietoloquma təşəkkür edirəm" deyə, aktrisa bildirib.